BAKI, 28 oktyabr. TELEQRAF
HƏMAS silahlıları Qəzza zolağında İsrail əsgərlərini atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Qalei Tzahal" radiosun məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri atəşkəsin pozulmasına cavab olaraq Rəfah bölgəsində artilleriya atəşi ilə reaksiya verib.
Məlumatda qeyd olunur ki, insident HƏMAS-ın atəşkəs razılaşmasını pozmasına qarşı İsrailin tədbirlərini müzakirə edən hökumət iclası zamanı baş verib.