ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın silahlı qüvvələr naziri Ketrin Votrin nüvə başlığı daşıya bilən yeni M51.3 qitələrarası ballistik raketin qəbulu haqqında sənəd imzalayıb.
525.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
“Bu tip raketlər Fransa Hərbi Dəniz Qüvvələrinin dörd “Triomphant” sinifli nüvə sualtı qayıqlarında yerləşdiriləcək”, - açıqlamada vurğulanıb.
Nazirlik bildirib ki, “ArianeGroup” tərəfindən hazırlanmış raket təkmilləşdirilmiş uçuş məsafəsi, dəqiqlik və raketdən müdafiə sistemlərinə nüfuz etmə qabiliyyəti ilə fərqlənir. M51.3 raketləri yeni TNO-2 nüvə başlıqları ilə təchiz edilib. Raket sınaqdan uğurla keçib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.