AZ

"İnsanlar diqqətli olsunlar, ət istehlakını azaltsınlar"

Son günlər hər kəsi maraqlandıran məsələ dabaq xəstəliyinin yayılmasıdır. 

Dabaq xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda (məsələn, inək, qoyun, keçi kimi) yayılan yoluxucu virus infeksiyasıdır. 

Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətrafında yaralar, qabıqlar əmələ gətirir, heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir.

Artıq bir qrup insanlar müəyyən müddət ət istehlak etməyəcəyini bildirir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, əhali bir müddət ətdən ümumiyyətlə imtina etsə yaxşı olar:

 "Çünki , vəziyyət təhlükəlidir.   Ət, süd, süd məhsulları alarkən də ehtiyatlı olsunlar. Dabaq xəstəliyinə tutulmuş heyvanın südündə də bakteriyalar olur. İstehlak zamanı insan orqanizminə nüfuz edir və insanlar da dabaq xəstəliyinə yoluxurlar. İnsanlar diqqətli olsunlar, ət istehlakını azaltsınlar. Fərdi təsərrüfatlar nəzarət altında saxlanmalı, fermerlərə kompensasiya verilməlidir".

Sevinc

Seçilən
20
hit.az

1Mənbələr