AZ

“Gənclik”dəki bu yolu bağlanıb; maşınlara giriş qadağan edilib - FOTO

Paytaxtda tələbələrin ən çox istifadə etdiyi və uzun illərdir gediş-gəlişə açıq olan yol bağlanıb. Sosial şəbəkələrdə yayılan məlumatdan sonra tələbələr öz narazılıqlarını bildirib və yolun açılmasını tələb edib.

(Filanmedia.az) xəbər verir ki, Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrini birləşdirən ən qısa yolun bağlanması birmənalı qarşılanmayıb. Koroğlu Rəmihov küçəsindən başlayaraq "Gənclik Mall"a gedən qısa bir yol bir müddətdir bağlanıb.

Belə ki, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsinin önünə darvaza qoyulub. Piyadalar üçün olan hissə isə tumbalarla ayrılıb və açıq saxlanılıb.

Sakinlər qeyd edirlər ki, darvaza ilə bağlana yolun qarşısında mühafizəçilər dayanıb. Bu şəxslər Akademiyaya məxsus olduğu üçün yolun bağlandığını deyirlər. Yolun açılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da hələ də yol bağlı saxlanılır.

Səfər

FOTO QALEREYA
Seçilən
37
2
avtosfer.az

3Mənbələr