AZ

Terror aktının qarşısı alındı: həps olunanların hamısı əcnəbilərdir

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Almatıda terror aktının qarşısının alındığını açıqlayıb. Müstəntiqlər sui-qəsddə beş xarici vətəndaşın iştirak etdiyinə inanırlar: “Onların hamısı həbs edilib və istintaq aparılır”, – agentlik bildirib.

Şübhəlilərin vətəndaşlığı dəqiqləşdirilməyib. Mümkün terror aktı ilə bağlı təfərrüatlar da verilməyib.
Komitə həmçinin sentyabr və oktyabr aylarında səkkiz Qazaxıstan vətəndaşının terrorizmi təbliğ etməkdə şübhəli bilinərək həbs olunduğunu bildirib.

Eyni dövrdə altı nəfər terror və ekstremist cinayətlərdə məhkum edilib. İlin əvvəlindən bəri Qazaxıstanda bu cür cinayətlərə görə altı əcnəbi də daxil olmaqla 89 nəfər məsuliyyətə cəlb edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr