Bəzi ölkələrdə skuter idarə etmək üçün də sürücülük vəsiqəsi tələb olunur. Məsələn, Özbəkistanda bu vəsiqəni əldə etmək üçün 200 saatlıq hazırlıqdan sonra 20 sualdan azı 16-sına düz cavab vermək lazımdır. Lakin Azərbaycanda yaşından asılı olmayaraq demək olar ki, hər kəs bu kiçik elektrik nəqliyyat vasitəsini idarə edir.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, hazırda 14 yaşından aşağı şəxslərə skuter və digər kiçik eletrik nəqliyyat vasitələrinin idarə edilməsi qadağandır. Lakin bəzən küçə və prospktlərdə azyaşlıların skuter idarə etdiyini görürük. Bu kimi halların qarşısını almaq məqsədi ilə nəzarət proqramı hazırlanmalıdır.
Ekspert əlavə edib ki, ölkəmizdə mikromobillik vasitələrindən istifadə yeni yayılır. Bu səbəbdən də hazırda skuterlərin qeydiyyata alınaraq sürücülük vəsiqəsi əsasında kateqoriyalaşdırılması tezdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.