AZ

"Tikinti şirkəti məndən xəbərsiz evimi yerlə-yeksan edib"VİDEO

Bakının Nəsimi ratonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Pilot İnşaaat-A" MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə -yeksan  edib.

Bu iddia ilə “Xəzər Xəbər”ə müraciət edən vətəndaş deyir  ki, 2017-ci ildən bu yana evsizdir və MTK ona kompensasiya ödəmir. 

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi Camal Rzayev iddia edir ki, 2017-ci ildə "Pilot İnşaat - A" adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb.

Camal Rzayev iddia edir ki, onun fərdi evi 240 kvadrametr olduğu halda  "Pilot İnşaat - A" MTK vətəndaşa 150 kvadrat metr mənzil təklif edib. 

Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.

Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən "Pilot İnşaat - A" MTK vətəndaşa 181 min manat da ödəməlidir. Vətəndaşın iddialarına aydınlıq gətirilməsi üçün "Pilot İnşaat - A" MTK-nın ofisinə yaxınlaşdıq. Özünü MTK rəhbəri kimi təqdim edən Valeh Ağayev suallarımızın cavabının şirkətin hüquqşunası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərimizə cavab vermədi. Görünən odur ki, tərəflər  yenidən məhkəmə müstəvisində görüşməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
46
10
xezerxeber.az

10Mənbələr