AZ

"Baku Sportinq"in baş məşqçisi "Göygöl" üzərində qələbəni dəyərləndirdi

Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Göygöl"ün qonağı olan 1-ci Liqa təmsilçisi "Baku Sportinq" 3:0 hesablı qələbə qazandı. Qonaqların məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Bugünkü oyunda əsasən çempionatda az oynayan futbolçulara şans verdik. Bəzi oyunçularımızın oyun praktikası az idi. Onları iş başında görmək, performanslarını dəyərləndirmək baxımından çox faydalı bir qarşılaşma oldu. Gəncləri oynatmağa çalışdıq, 2006-cı il doğumlu oyunçumuz meydana çıxaraq özünü yaxşı tərəfdən göstərdi. Belə matçlar bizim üçün yaxşı fürsətdir. 

Oyunu zədəsiz başa vurduq, turu da keçdik. Növbəti çempionat matçına gazırlaşacağıq. Bizim əsas məqsədimiz çempionatda uğurlu nəticələr qazanmaqdır".

Nihat

Seçilən
8
1
fanat.az

2Mənbələr