Vaşinqton, 28 oktyabr, AZƏRTAC
ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 13-cü səsvermə uğursuz olub.
AZƏRTAC-ın məlumatına görə, layihə 54 lehinə və 45 əleyhinə səs toplayaraq, 60 səslik baryeri keçməyib.
Layihə noyabrın 21-nə kimi maliyyələşməni nəzərdə tuturdu.
ABŞ-da şatdaun 27 gündür davam edir. Bu, ABŞ tarixində ikinci ən uzun şatdaundur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
 
                        