"Oreşnik" raket sistemi dekabrda Belarusda döyüş növbəsinə qoyulacaq.
 
 APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eismont TASS-a bildirib.
O qeyd edib ki, Belarusda "Oreşnik" raket sisteminin yerləşdirilməsi üçün şəraitin yaradılması üzrə işlər başa çatmaq üzrədir.
 
                        