ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Qayda pozan sürücü ölümlə nəticələnən yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Xabarovsk şəhərində baş verən hadisənin videosu kameraya düşüb.
Belə ki, yüksək sürətlə idarə olunan “Audi A5” markalı avtomobil işıqforun qırımızı işığından keçərək yol kəsişməsində “Toyota Caldina” ilə toqquşub. Zərbənin təsirindən yapon avtomobili aşıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü və iki sərnişin ölüb. Digər sürücü isə xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.