"Oreşnik" buraxılış qurğuları dekabr ayında Belarusda döyüş növbətçiliyinə veriləcək.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.
"Oreşnikin Belarus Respublikasında yerləşdirilməsi üçün şəraitin yaradılması başa çatmaq üzrədir. Bu ilin dekabr ayında döyüş növbətçiliyinə veriləcək", - mətbuat katibi bildirib.
Onun sözlərinə görə, sistemin yerləşdirilməsi ehtimalı ilə bağlı müzakirələr bununla bitir.
QAZİLER.AZ