AZ

“Tottenhem” Meyson Qrinvud üçün mübarizəyə qoşulub

“Tottenhem” “Marsel”in vingeri Meyson Qrinvudun transferi uğrunda mübarizəyə qatılıb.

90deqiqe.Az-ın məlumatına görə, London klubu ingiltərəli futbolçu qış transfer pəncərəsinə qatmaq üçün çalışacaq. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Fransa klubu 24 yaşlı futbolçunu saxlamaq istəsə də, cəlbedici təklif alacağı təqdirdə danışıqlara açıq olacaq.

Məlumata əsasən, hazırda Qrinvudla maraqlanan klublar arasında “Barselona”, “Atletiko”, “Vest Hem” və “Aston Villa” da yer alır.

Qrinvud cari mövsümdə “Marsel”in heyətində bütün turnirlər daxil olmaqla 12 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Seçilən
41
90deqiqe.az

1Mənbələr