"Real Madrid”in baş məşqçisi Xabi Alonso Vinisius Juniorun davranışı ilə bağlı qərar verməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, məlumata görə, Alonso çərşənbə günü komanda məşqlərə qayıtdıqda braziliyalı futbolçu ilə şəxsi söhbət aparacaq. Bundan sonra o, vəziyyətin olduğu kimi qalmasına və ya futbolçunu növbəti oyunlarda cəzalandırmağa qərar verəcək.

Xatırladaq ki, Vinisius son matçda əvəzlənməsindən sonra əsəbi reaksiyası ilə diqqət çəkmişdi.