AZ

"Qələbə hesabını qoruya da bilərdik" -"İmişli"ni həyəcanlandıran komandanın baş məşçisi

Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Qaradağ Lökbatan" elita təmsilçisi "İmışli"ni həyəcanlandırmağı bacardı. İki dəfə hesabda onə keçən, uzatma dəqiqələrində üzülən lökbatanlılar döyüşsüz təslim olmadılar - 2:3.

"Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Çətin oyun olacağını bilirdik. Süni meydanda məşq edən komandayıq. Premyer Liqa komandasına qarşı təbii otda mübarizə aparmağın ağır olacağı da bəlli idi. Buna baxmayaraq, meydana çıxıb döyüşdük. Uşaqlara təşəkkür edirəm. Belə oynadıqları üçün hamısına minnətdaram. 

Top daha çox rəqibdə olsa da, biz də boş durmadıq, arabir hücumlar edib qollarımızı vurduq. Futbolçularımız bacardıqlarını əsirgəmədilər, bütün gücləri ilə döyüşdülər. Qələbə hesabını qoruya da bilərdik. Təəssüf ki, meydana sonradan çıxan futbolçularımız oyuna bir qədər yaxşı qoşulmadılar. Rəqib 81-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirdi, 90+6-cı dəqiqədə də qələbə qolunu vurdu. Yenə də deyirəm, uşaqlar əllərindən gələni etdilər. Oyunçularım gözlədiyimdən də artığını ortaya qoydular. Matçdan sonra hamısına təşəkkür etmişəm. 

Əsasən çempionata köklənmişik. Kubok bizim üçün ikinci dərəcəli olsa da, bu matçda gücümüzü göstərmək istəyirdik. Çalışdıq ki, həm yaxşı oynayaq, həm də Premyer Liqa komandası ilə matçdan zövq alaq. Düşünürəm ki, bacardıq. Artıq diqqətimizi çempionata ayıracağıq. Liqada uğur qazanmaq, çempion olmaq istəyirik".

Nihat

Seçilən
73
1
fanat.az

2Mənbələr