AZ

Estoniyada hərbi şəhərcik yaxınlığında naməlum dron vurulub

Estoniyanın cənub hissəsində, Reedo hərbi şəhərciyi yaxınlığında bir neçə naməlum dron müşahidə edilib, onlardan biri anti-dron tüfəngi ilə vurulub.

APA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Liiz Vaksman “Postimees” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Müdafiə Qüvvələri Daxili İşlər Nazirliyinə tabe Polis və Sərhəd Mühafizəsi Departamenti ilə birgə dronu tapmağa cəhd edib, lakin bu, mümkün olmayıb.

Seçilən
52
2
apa.az

3Mənbələr