AZ

"Apple"ın baş direktoru Tokioda Donald Trampla görüşdü

BAKI, 28 oktyabr. TELEQRAF

"Apple" şirkətinin baş direktoru Tim Kuk Tokioda ABŞ Prezidenti Donald Tramp və aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə özəl şam yeməyində iştirak edib.

Teleqraf xəbər verir ki, ABŞ səfirinin iqamətgahında keçirilən tədbir Yaponiya və ABŞ arasında investisiya əməkdaşlığının gücləndirilməsinə yönəlib.

Görüş 2025-ci ildə tərəflər arasında əvvəllər razılaşdırılmış 550 milyard dollarlıq investisiya proqramının icrası çərçivəsində baş tutub. ABŞ-nin ticarət naziri Hovard Lutnik Yaponiyadan yeni investisiya öhdəliklərinin potensial həcmini açıqlayıb və bunu 490 milyard dollar səviyyəsində qiymətləndirib.

Tədbirin iştirakçıları arasında Salesforce, Rakuten, SoftBank, Honda, OpenAI, Anduril və Toshiba şirkətlərinin rəhbərləri də olub.

Yaponiya bazarı "Apple" üçün strateji əhəmiyyət kəsb edir, çünki şirkət əsas komponentləri, o cümlədən "Sony" təsvir sensorları, "Sharp" displeyləri və "Murata" batareyalarını buradan alır.

Seçilən
55
teleqraf.com

1Mənbələr