AZ

"San Siro"nun gələcəyi həll olunur

style='margin-bottom:10px;'>

Əfsanəvi "San Siro" stadionunun (Cüzeppe Meazza Stadionu) gələcəyi yaxın günlərdə həll oluna bilər.

QOL.az xəbər verir ki, bu barədə Milan meri Cüzeppe Sala danışıb.

O bildirib ki, arenanın çoxdan gözlənilən "İnter" və "Milan" futbol klublarına satışı başa çatmaq üzrədir: "Biz o yerə çatdıq ki, cümə gününə qədər yekun satış aktının imzalanacağını düşünürük".

Qeyd edək ki, "San Siro" stadionunda hazırda həm "Milan", həm də "İnter" ev oyunlarını keçirir. Sözügedən klublar arenanı icarə əsasında istifadə edirlər. 

Seçilən
62
3
teleqraf.com

4Mənbələr