Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən dəftərxana mallarının satınalınması ilə bağlı keçirilən tenderin qalibi “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında ümumi dəyəri 40.092,45 manat olan müqavilə bağlanacağı gözlənilir.
Müsabiqə çərçivəsində mərkəzin müxtəlif struktur bölmələri üçün arxiv qovluqları, barkod kağızları, tibbi cihazlarda istifadə olunan uzunömürlü batareyalar, beyciklər üçün plastik kart qabları və boyun ipləri, metal qısqaclar, dəftərlər və digər ofis ləvazimatları alınacaq.