AZ

“Üçüncü yer gözlənilməz idi”

“Red Bull” pilotu Maks Verstappen Meksikada keçirilən Qran-Pridə üçüncü oldu və yarışdakı çıxışı barədə danışdı.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" niderlandlı pilotun dediklərini belə çatdırıb.

“Düzünü desəm, podium gözləmirdim. Yarışın ilk hissəsində hər şey pis görünürdü, maşın yavaş idi və təkərlər problemlər yaratmışdı. ‘Soft’ təkərlərə keçəndən sonra vəziyyət xeyli yaxşılaşdı.

Yarışın ümumi tempi Lando səviyyəsində olmasa da, ‘soft’ təkər mütləq ən yaxşı seçim idi. Üçüncü yer bizim üçün əla nəticədir, xüsusilə belə çətin həftəsonundan sonra.”

28 yaşlı yarışa “medium” təkərlərlə çıxsa da, rəqiblər “MakLaren”, “Ferrari” və “Mercedes” komandalarından “soft” təkəri seçmişdilər.

Seçilən
32
90deqiqe.az

1Mənbələr