AZ

İdmançılarımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıblar - FOTO

Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurlu çıxışları ilə yadda qalıblar.

Apasport.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan bocciaçıları sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı - FOTO

Bakıda keçirilən Qran-pridə fransız cütlük qızıl medal qazanıb - FOTO

Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO

Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO

III MDB Oyunlarının biletləri satışda

Seçilən
25
apasport.az

1Mənbələr