“Real Madrid”in sabiq ulduz futbolçusu Stiv Makmanaman “Barselona” ilə oyunda əvəzlənən Vinisius Júniorun davranışına sərt reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, "ESPN" 53 yaşlı keçmiş futbolçunun dediklərini belə çatdırıb.
“Bu qərar sən üçün yox, komanda üçün idi. Hər şey kollektiv və qələbə üçün, beş xallıq üstünlüyü qorumaq və keçən mövsüm səni 4 dəfə məğlub edən “Barselona”nı yenmək üçün verilib. Həm də Xabi Alonso ilə ilk “El Klasiko”nu qazanmaq üçün. Biz hələ də bu əvəzlənməni müzakirə ediriksə, bu məni qıcıqlandırır.”
Qeyd edək ki, “Real Madrid” “El Klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Qollar Kilian Mbappe və Cud Bellinqhem tərəfindən vurulub.