AZ

“Fasiləyə ən yaxşı formada daxil olmaq istəyirik”

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Atalanta” ilə keçiriləcək Serie A matçı öncəsi mətbuat konfransında çıxış edib. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Biz fasiləyə ən yaxşı formada daxil olmaq, sonra isə dekabr ayını çempionatda yaxşı mövqedə başa çatdırmaq istəyirik. Əvvəllər fenomenal çıxış etməmişik, amma indi zəif də deyilik. Bizə lazım olan hərəkət etməkdir, danışmaq deyil.”

Baş məşqçi əlavə edib:

“Atalantanın əla fiziki və texniki keyfiyyətləri var. Bergamoda həmişə oynamaq çətindir. Biz dördüncülük uğrunda mübarizə aparan komandaya qarşı mübarizə aparacağıq.”

Qeyd edək ki, 9-cu turun qarşılaşması 28 oktyabr axşamı keçiriləcək.Hazırda “Milan” 8 matçdan sonra 17 xalla Serie A cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Atalanta” isə 12 xal ilə 7-ci yerdədir.

Seçilən
21
90deqiqe.az

1Mənbələr