AZ

ABŞ-da istehlakçı inamı son 6 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı son 6 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.azxəbər verir ki, ABŞ-da istehlakçı inamı iqtisadiyyat və əmək bazarı ilə bağlı artan narahatlıqlar səbəbilə oktyabr ayında ardıcıl üçüncü dəfə azalıb.

Açıqlanan məlumatlara görə, “Conference Board” İstehlakçı İnam İndeksi sentyabrda yenilənmiş 95,6 səviyyəsindən 94,6-ya düşərək apreldən bəri ən aşağı səviyyəyə enib. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə 93,4 idi.

Gələcək altı aya dair gözləntiləri ölçən indeks oktyabrda 71,5-ə geriləyərək iyundan bəri ən aşağı səviyyəni göstərib, mövcud iqtisadi şəraitə dair alt indeks isə məhdud artım nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
48
1
banco.az

2Mənbələr