Türkiyənin iki nəhəng klubu - “Qalatasaray” və “Fənərbağça” qış transfer pəncərəsində “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Anquissanı heyətinə qatmaq uğrunda mübarizəyə girişib.
Fanat.Az xəbər verir ki, İtaliyanın nüfuzlu nəşri La Gazzetta dello Sportun məlumatına görə, hər iki klub kamerunlu futbolçunun transferi üçün ilkin marağını artıq “Napoli” rəhbərliyinə çatdırıb.
“Qalatasaray” Anquissanı orta xəttdə dayanıqlığı artırmaq üçün istəyir, “Fənərbağça” isə futbolçunun fiziki gücü və topa sahib olma bacarığını yüksək qiymətləndirir.
Zambo Anquissa bu mövsüm “Napoli”nin heyətində 9 matçda meydana çıxıb, həm müdafiə, həm də hücumda balanslı oyunu ilə diqqət çəkib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
Kamil Xudiyev