Türkiyə futbolundakı mərc qalmaqalında adı hallanan Zorbay Küçüyün Super Liqa və Birinci Liqada hakimlik etdiyi oyunlar müzakirələrə səbəb olub. Metbuat.az xəbər verir ki, o, “Qalatasaray”, “Trabzonspor”, “Alanyaspor”, “Rizespor” və “Başakşehir” kimi komandaların Super Liqa oyunlarında hakim və VAR hakimi kimi yer alıb. Zorbay Küçüyün 2025-2026 mövsümündə hakimlik etdiyi oyunlar aşağıdakı kimi yekunlaşıb. “Trabzonspor” 2:0 “Eyüpspor” - Hakim “Erokspor” 1-1 “Sipay Bodrum” - Hakim “Alanyaspor” 0-1 “Qalatasaray” - Hakim “Rizəspor” 1-0 “Gənclərbirliyi” - Hakim “Başakşəhir” 0-0 “Eyüpspor” - Hakim “Gənclərbirliyi” 0-1 “Antalyaspor” - VAR “Kocaelispor” 0-1 “Samsunspor” - Hakim