AZ

Maks Verstappen Braziliya Qran-Prisinə hazırdır - FOTOLAR

Dördqat dünya çempionu və “Red Bull” pilotu Maks Verstappen 7-9 noyabrda San-Pauluda keçiriləcək Braziliya Qran-Prisi öncəsi xüsusi şlemini təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı sürücü "X" (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edib:

“Bu sizədir, Braziliya.”

Hazırda 20 mərhələdən sonra Verstappen fərdi hesabda üçüncü yerdədir. “Maklaren” pilotları Lando Norris və Oskar Piastri isə onu qabaqlayır.

Formula-1 fərdi reytinq (top-10):

Lando Norris (“Maklaren”) — 357 xal

Oskar Piastri (“Maklaren”) — 356

Maks Verstappen (“Red Bull”) — 321

Corc Rassel (“Mercedes”) — 258

Şarl Lekler (“Ferrari”) — 210

Luis Hemilton (“Ferrari”) — 146

Andrea Kimi Antonelli (“Mercedes”) — 97

Aleks Albon (“Williams”) — 73

Niko Hülkenberq (“Kik-Zauber”) — 41

Isak Hadjar (“Racing Bulls”) — 39

Seçilən
36
90deqiqe.az

1Mənbələr