AZ

"Bu, regionda eskalasiyaya və müasir təhdidlərə cavabdan başqa bir şey deyil"

"Qərbin eskalasiyası dayandırılarsa, Belarusda “Oreşnik” raket sistemi ilə bağlı müzakirələr dayandırılacaq, lakin onlar bunu istəmirlər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Belarusda bu silahların yerləşdirilməsi regionda eskalasiyaya və müasir təhdidlərə cavabdan başqa bir şey deyil. Odur ki, gəlin, bundan uzaqlaşaq və Oreşniklə bağlı söhbətlər dayansın. Amma onlar istəmirlər", - o deyib.

Lukaşenko qeyd edib ki, Avropanın beş ölkəsi artıq orta mənzilli raket sistemlərini yerləşdirmək niyyətini bəyan edib.

Lukaşenko daha əvvəl bəyan etmişdi ki, Rusiyanın “Oreşnik” sisteminin Belarusda 2025-ci ilin sonuna kimi yerləşdirilməsi planlaşdırılır.

Seçilən
29
1
operativmm.az

2Mənbələr