AZ

İdman gimnastikası üzrə olimpiya çempionu vəfat edib

İdman gimnastikası üzrə Olimpiya çempionu və SSRİ-nin əməkdar idman ustası Olqa Karaseva 76 yaşında vəfat edib.

İdman.Biz-in xəbərinə görə, bu barədə Rusiya Gimnastika Federasiyası Telegram kanalında məlumat yayıb.

“SSRİ-nin əməkdar idman ustası Olqa Dmitriyevna Karaseva (Xarlova) 76 yaşında vəfat edib”, - məlumatda deyilir.

Olqa Karaseva 1968-ci il Mexiko Olimpiadasında komanda yarışında qızıl medal qazanıb, 1970-ci ildə dünya çempionu, Avropa çempionatının medalçısı və dəfələrlə SSRİ çempionu olub.

Karyerasını bitirdikdən sonra SSRİ İdman Komitəsində beynəlxalq hakim, tərcüməçi və idman gimnastikası üzrə referent kimi çalışıb.

İdman.Biz

Seçilən
28
idman.biz

1Mənbələr