Bakı. Trend:
Ekvador prezidenti Daniel Noboa ölkə sahillərində qanunsuzbalıqçılıq, narkotik qaçaqmalçılığı və qanunsuz yanacaq daşınmasıilə mübarizə aparmaq üçün Baltra adasında (Qalapaqos adaları) vəSalinasda (ölkənin qərbindəki Santa Yelena əyaləti) xaricibazaların yaradılmasının lehinə çıxış edib.
Trend-in məlumatına görə, bu barədə Ekvador prezidenti ölkənin"Radio Centro" radiostansiyasına verdiyi müsahibədə deyib.
O bildirib ki, bu, heç bir şəkildə milli suverenliyə xələlgətirməyəcək.
"Söhbət nə hərbi bazadan, nə də suverenliyimizi kiməsəverməyimizdən getmir. Üstəlik, müqaviləyə əsasən, onların işiEkvador qanunları ilə tənzimlənəcək və bu məsələ ilə bağlı sonqərar Ekvador hökumətinə məxsusdur", - deyə o qeyd edib.