London, 28 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti dənizdə külək enerjisi istehsalı üçün 1,45 milyard funt sterlinq həcmində büdcə ayırdığını açıqlayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni raundda ayrılan məbləğ keçənilki göstəricidən aşağı olsa da, hökumət bu yolla bərpaolunan enerji sektoruna investisiyaları stimullaşdırmaq istəyir.
Rəsmi sənədlərə əsasən, ənənəvi sabit dəniz külək layihələri üçün 900 milyon funt, erkən mərhələdə olan üzən külək texnologiyaları üçün isə 180 milyon funt ayrılıb. Keçən il bu sahə ayrıca maliyyə dəstəyi almadığı üçün geotermal enerji layihələri ilə rəqabət aparmalı olmuşdu.
Britaniya enerji sektorunun dekarbonizasiyasına nail olmaq məqsədilə külək enerjisinə xüsusi əhəmiyyət verir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London