AZ

Aleksandr Lukaşenko dünyanı Qərbə qarşı birləşməyə çağırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko ərzaq və dərmanlara qarşı sanksiyaların qadağan edilməsinə çağırdı.

Editor.az xəbər verir ki, O qeyd edib ki, Qərbin sanksiyaları və hərbi əməliyyatları ilə üzləşən ölkələr birləşməlidir.
Lukaşenko təşəbbüslərini III Minsk Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransında açıqlayıb. O, sanksiyaların “digər ölkələrə də tətbiq edilə biləcəyini” bildirib. “Əgər Hindistan qulaq asmasa və yanlış yerlərdən neft almağa davam edərsə, ona qarşı da sanksiyalar tətbiq edilə bilər. Hamı başa düşür ki, sabah hərbi güc də tətbiq edə bilərlər. Ona görə də gəlin birləşək”, – deyə deyə Lukaşenko bildirib.

Xatırladaq ki, 22 oktyabrda ABŞ Maliyyə Nazirliyi LUKOIL və “Rosneft” şirkətlərini sanksiya siyahısına əlavə edib. “Reuters” xəbər verir ki, Hindistanın dövlətə məxsus neft emalı zavodları Rusiyadan birbaşa tədarükü aradan qaldırmaq üçün müqavilələrini yenidən nəzərdən keçirməyə başlayıb. “Bloomberg”in məlumatına görə, Hindistan ABŞ-ın yeni sanksiyalarından sonra Rusiya neftini almağı tamamilə dayandıra bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
56
editor.az

1Mənbələr