"Fənərbağça" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün yeni addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, klubun prezidenti Sadettin Saran əsas hədəf kimi hazırda “Atletiko Madrid”də çıxış edən norveçli forvard Aleksandr Sörlotu müəyyənləşdirib.
İspaniyanın “Mundo Deportivo” nəşrinin məlumatına görə, İstanbul təmsilçisi 28 yaşlı futbolçunu yanvar ayında transfer etmək üçün ciddi danışıqlara başlamağa hazırlaşır. Sörlothun Madrid klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədə olsa da, "Fənərbağça" rəhbərliyi futbolçunun Türkiyəyə qayıtmaq istəyi ilə bağlı müsbət siqnallar alıb.
Norveç millisinin hücumçusu bu mövsüm La Liqada keçirdiyi 14 matçda 2 qola imza atıb və komandasının aparıcı fiqurlarından biri hesab olunur.
Kamil Xudiyev