AZ

“Titanik” sərnişinin şəxsi arxivi hərracda 100 min funt sterlinqdən baha satıla bilər

London, 28 oktyabr, AZƏRTAC

İndiyədək ictimaiyyətə təqdim olunmamış, “Titanik”in birinci sinif sərnişini Frederik Sattona məxsus şəxsi əşyalar toplusu 100 min funt sterlinqdən artıq qiymətə satıla bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, arxiv noyabrın 22-də Britaniyanın Uiltşir qraflığında keçiriləcək hərracda satışa çıxarılacaq. Sənədlər arasında “Titanik”dən xilas edilən yeganə birinci sinif sərnişin siyahısı və “White Star Line” şirkətinin ailələrə göndərdiyi məktub da yer alır. Məktubda bildirilir ki, ailələr yaxınlarının cəsədlərini geri gətirmək üçün birinci dərəcəli qatar biletlərinin pulunu özləri ödəməlidirlər.

Hərracı təşkil edən şirkətin nümayəndəsi Endryu Oldrik bildirib ki, bu arxiv öz növü üzrə ən tam və nadir kolleksiyalardan biridir.

Frederik Satton Suffolk qraflığında anadan olub, ailəsi ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatına köçərək daşınmaz əmlak biznesindən böyük sərvət qazanmışdı. 1912-ci ilin martında səhhəti ilə bağlı səbəblərə görə İngiltərəyə səfər edərək ABŞ-a “Titanik” gəmisi ilə qayıdırdı.

Kolleksiya 1912-ci ildən bəri ailənin mülkiyyətində qalıb və indiyə qədər heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib. Arxivin ikinci hissəsinin gələn il satışa çıxarılacağı bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
75
10
azertag.az

10Mənbələr