Gəncədə minik maşını mopedlə toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Köhnə Avtovağzal adlanan ərazisində baş verib. Hərəkətdə olan Moped "VAZ 2107" ilə toqquşub.Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov