AZ

“İnter”in qapıçısı ölüm ilə nəticələnən yol qəzasına qarışdı

“İnter”in ehtiyat qapıçısı Xosep Martinez ölüm hadisəsi ilə nəticələnən yol-nəqliyyat qəzasına səbəb olub.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, qapıçının idarə etdiyi avtomobil 81 yaşlı əlil arabasında olan şəxsi vurub.

Təcili tibbi yardım hadisə yerinə çatıb, lakin yaşlı kişi xilas edilə bilməyib – o, hadisə yerində dünyasını dəyişib.

Tragediya səbəbindən “İnter”in baş məşqçisi Kristian Kivu çərşənbə günü planlaşdırılmış mətbuat konfransını ləğv edib. Hazırda Martinezin məsuliyyətinin nə olacağı barədə məlumat yoxdur.

Cari mövsümdə Martinez “İnter”in heyətində iki oyuna çıxıb və bir qol buraxıb.

 

Seçilən
40
90deqiqe.az

1Mənbələr