"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində "Dinamo"nu darmadağın etdikləri oyun (5:0) haqda danışıb.
Fanat.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis gənc oyunçulara şans verdiyini vurğulayıb:
"Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".
Berdiyev bu turnirdəki hədəflərinin çempionluq olduğunu deyib: "Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır".
O, aşağı liqa komandası ilə matçda dubl edən hücumçu İbrahima Vadjinin oyunu haqda da fikirlərini bölüşüb: "Vadji məşqlərdə özünü yaxşı tərəfdən göstərir, performansını yaxşılaşdırır".