AZ

“Napoli” 3 xalı tək qolla qazandı

İtaliya Serie A-sının 9-cu turunda “Leççe” və “Napoli” qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun “Ettore Gardiniero – Via del Mare” stadionunda keçirilib.

Matçın yeganə qolunu 69-cu dəqiqədə “Napoli”nin kamerunlu yarımmüdafiəçisi Frank Angissa vurub. Bu nəticə qonaqlara 1:0 hesablı qələbə qazandırıb.

Qələbədən sonra “Napoli”nin aktivində 21 xal olub və komanda turnir cədvəlində liderliyini qoruyub. “Leçe” isə 9 turdan sonra 6 xalla 16-cı sıradadır.

Seçilən
43
90deqiqe.az

1Mənbələr