AZ

Burada bir səbəbkar var, o da…

Roman Maçado uzun müddət sonra yenidən «Araz-Naxçıvan»ın formasını geyindi.

İyuldan bəri zədə ilə əlləşən braziliyalı hücumçu «Sabah»la qarşılaşmada 12 dəqiqə meydanda oldu.

Maçado qısa müddətdə az iş görmədi, bərabərlik qolunun vurulmasında iştirak etdi: Simkalanın dubla imza atdığı epizodda top ondan gəlmişdi.

Elmar Baxşıyev 2:2-yə çox sevindi. Son saniyə qolunun gətirdiyi ekstra şadyanalığı içində boğa bilmədi.

«Araz-Naxçıvan»ın heyəti güclüdür. Amma güclü heyət o oyunu yenə bizə izlətmədi.

Səbəbkar? O, Elmar Baxşıyevdən savayı kim olasıdır ki..?

Təqsirkar nə Zaur Axundovdur, nə Eldəniz Yusifov, nə də Ceyhun Sultanov. Onlar rəhbər və bir idarəçi kimi öz üzərlərinə düşən işi əla görüblər.

Gül kimi transferlər edib veriblər Elmar Baxşıyevə. Ki, al və çalış.

Amma adam… Hələlik bacarmır!

Hakimlər bir tək «Araz»a əngəl olmur, bir tək bu komandanın əl-ayağına dolaşmır. Premyer Liqanın o biri nümayəndələri də addımbaşı onlardan şikayətlənir.

Bu baxımdan, Elmar Baxşıyevin Rəşad Əhmədovun idarəçiliyini bəyənməməsi, iradlar səsləndirməsi normal haldır. Yəni ki, qeyri-adi hadisə deyil Masazırda baş verənlər.

Referi hər iki tərəfin əleyhinə yanlış qərarlarla yadda qaldı, nəticəyə təsir göstərən səhvlərə yol verdi.

İstər «Sabah»ın penalti qolunda, istərsə də «Araz»ın cərimə vuruşunda.

ELXAN

Seçilən
36
sportinfo.az

1Mənbələr