AZ

İsveç mediası: Qərbi Azərbaycan Cəmiyyətinin rəhbəri Ermənistanı sərt xəbərdar etdi

İsveçin “Blankspot” nəşri beynəlxalq jurnalist Rasmus Kanbekə istinadən Qərbi Azərbaycan Cəmiyyətinin sədri Əziz Ələkbərovun bəyanatını yayıb.

Musavat.com xəbər verir ki, Ələkbərov çıxışında Ermənistanın Prezident İlham Əliyevin tələblərini yerinə yetirməli olduğunu, əks halda bunun “erməni dövlətinin mövcudluğunu belə sual altına qoya biləcəyini” bildirib.

Nəşr qeyd edir ki, bu bəyanat birbaşa Ermənistana ünvanlanmış açıq xəbərdarlıq kimi səslənib və regionda gərginliyin artdığı bir vaxtda diqqət çəkib.

Bu açıqlamanın fonunda Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan və Türkiyə arasında nəzərdə tutulan tranzit yol artıq istifadəyə hazırdır.

 

Musavat.com

09b56610-2be6-470e-be7f-b840e943f6c4.jpeg

Seçilən
34
musavat.com

1Mənbələr