AZ

Yeni il gecəsi milyonlar qazanacaq

Türkiyənin məşhur sənətçilərinin Yeni il gecəsində əldə edəcəyi qazanc məbləğləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, ən yüksək qonorar alacaq sənətçi Hadisə olacaq. Belə ki, o, iki fərqli məkanda səhnəyə çıxaraq ümumilikdə 20 milyon TL (810 min AZN) gəlir əldə etməklə rekorda imza atacaq.

“Gel Konuşalım” proqramında açıqlanan siyahıya görə, Yeni il gecəsində səhnə alacaq sənətçilərin aldıqları məbləğlər musiqi dünyasında dövr edən böyük maliyyə rəqabətini bir daha ortaya qoyub. Ebru Gündeş, Ajda Pekkan, Sibel Can, Kenan Doğulu və Yıldız Tilbe kimi sənətçilər milyonluq qonorarları ilə diqqət çəkiblər.

Seçilən
54
3
demokrat.az

4Mənbələr