AZ

"Çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik" - Azər Bağırov

“Kəpəz”in baş məşqçisi Azər Bağırov 2-ci Liqa təmsilçisi “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan (6:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında kubok matçında əsasən gənc futbolçulara şans verdiyini bildirib:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Seçilən
7
fanat.az

1Mənbələr