“Arsenal” və hücumçu Bukayo Saka müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyir, buna görə də danışıqların uğurla başa çatacağı gözlənilir.
Hazırda tərəflər maaş detalları üzərində danışıqlar aparır.
Bukayo Saka “Arsenal”in əsas komandasında 273 rəsmi oyuna çıxıb, 73 qol vurub və 71 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda hazırda İngiltərə Premyer Liqasının lideridir və 9 turdan sonra 22 xal toplayıb.