AZ

44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 29-na olanxronikasını təqdim edir.

- Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunutəsdiqləyib.

- Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldanazad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkilihaqqında Fərman imzalayıb.

- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonlazəng edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbitexnikasının siyahısı.

- Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayılıb.

- Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur ediləndüşmən məğlubiyyətinin əvəzini dinc sakinləriatəşə tutmaqda görür.

- Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıbqaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb. Ermənistanın ikiSu-25 təyyarəsi məhv edilib.

- Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisiatəşə tutulub. Ermənistanın atəşi nəticəsindədaha bir dinc sakin həlak oldu.

- Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanındaməhv edilib. Düşmənin qüvvə və vasitələriməhv edilib.

Seçilən
69
1
az.trend.az

2Mənbələr