AZ

Sanço “Mançester Yunayted”ə qayıtmayacaq

“Avton Villa”nın hücumçusu Cedon Sanço mövsümün sonuna qədər “Mançester Yunayted”ə qayıtmayacaq. 

90deqiqe.Az “United Stand”a istinadən xəbər verir ki, icarə müqaviləsində vaxtından əvvəl qayıtma maddəsi olmadığı üçün Sanço yanvarda “Mançester Yunayted”ə qayıda bilməyəcək.

25 yaşlı futbolçu “qırmızı şeytanlar”dan icarəyə götürülüb, amma baş məşqçi Unay Emeri onu nadir hallarda meydana buraxır.

Cari mövsümdə futbolçu bütün turnirlər üzrə 5 oyunda iştirak edib, lakin Premyer Liqada bir dəfə də əsas heyətdə başlamayıb. Transfermarkt-ın qiymətləndirməsinə görə, Sançonun bazar dəyəri 25 milyon avrodur.

Seçilən
79
90deqiqe.az

1Mənbələr