AZ

Rusiyada müqaviləli hərbçilərə ödənişlər azaldıldı

Rusiyanın Orenburq vilayətində müqavilə əsasında xidmət edən hərbçilərə verilən birdəfəlik ödənişlər 2 milyon rubldan 400 min rubla endirilib.

Musavat.com xəbər verir ki, bu barədə regional mənbələr məlumat yayıb.

Yanvar ayında vilayət rəhbərliyi hərbçilərin stimullaşdırılması məqsədilə məbləği 1 milyondan 2 milyon rubla qaldırmışdı və bu artımın ilin sonuna qədər qüvvədə qalacağı bildirilmişdi.

Lakin sonradan büdcə kəsirinin 33 milyard rubl səviyyəsinə çatması yerli hökuməti proqramı yenidən nəzərdən keçirməyə məcbur edib.

Ekspertlər qeyd edirlər ki, bu qərar bölgədə hərbi xidmətə marağın azalmasına və müqavilə imzalamaq istəyənlərin sayında kəskin azalmaya səbəb ola bilər. 

 

Musavat.com

Seçilən
67
25
musavat.com

10Mənbələr