BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gözlənilmədən və istənilən an NATO-dan çıxmaq barədə qərar verə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton deyib.
"2018-ci ildə NATO sammitində Tramp alyansı tərk etməyi nəzərdən keçirib, lakin son anda geri çəkilib. Trampın qərarları qeyri-müəyyəndir və belə bir halın yenidən baş verə biləcəyi istisna deyil", - Bolton vurğulayıb.