Hazırda karyerasını Fransanın “Marsel” klubunda davam etdirən Meyson Qrinvud yenidən İngiltərədə çıxış edə bilər.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə “Vest Hem” və “Tottenhem” komandaları maraqlanır.
Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki klub ingiltərəli vinger üçün yayda “Marsel”ə rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Qrinvud bu mövsüm “Marsel”in heyətində keçirdiyi 12 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Karvaxal əməliyyat olunub
Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"
La Liqa klubu "Fənərbaxça"ya 10 milyon təklif edəcək
Volkan Demirelin yeni ünvanı bəlli olub
Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək