AZ

ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım göndərəcək

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ yaxın aylarda Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayrılacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib.

“Hazırda biz elə bir sistem yaratmışıq ki, öhdəliklər mərhələli şəkildə icra olunur. Qarşıdakı bir neçə ayda daha 2 milyard dollar vəsait ayrılacaq. Gözlənilir ki, bu, çox tezliklə baş verəcək,” - o açıqlayıb.

O, həmçinin qeyd edib ki, dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və orada yardımın yekun məbləği dəqiqləşdiriləcək.

Diplomat vurğulayıb ki, 2026-cı ilə keçid dövründə əsas məqsəd Ukraynanın müdafiə imkanlarının davamlılığını təmin etmək olacaq.

“Ukraynanın özünümüdafiəsi üçün həyati əhəmiyyət daşıyan silahların alınmasına 12–15 milyard dollar tələb olunur və bu, ABŞ istehsalı olan silahlar olacaq”, - Uitaker deyib.

Seçilən
81
1
teleqraf.com

2Mənbələr