AZ

Braziliyada narkotik qruplara qarşı əməliyyat zamanı 64 nəfər öldü

BAKI, 29 oktyabr. TELEQRAF

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən genişmiqyaslı polis əməliyyatı zamanı 64 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.

Hadisə Aleman və Penha favelalarında (yoxsul məhəllələrdə) baş verib. Məlumata görə, ölənlər arasında dörd polis əməkdaşı da var.

Əməliyyat zamanı 81 nəfər saxlanılıb.

Əvvəllər bildirilmişdi ki, Braziliya polisi Rio-de-Janeyroda narkotacir qruplara qarşı əməliyyata başlayıb. Rejimin təminatı üçün əməliyyata 2,5 min təhlükəsizlik əməkdaşı cəlb edilib.

Seçilən
74
2
teleqraf.com

2Mənbələr